...

TRT-nin baş direktoru Azərbaycanda mükafatlandırıldı

Cəmiyyət Materials 30 Aprel 2013 17:59 (UTC +04:00)
Xocalı faciəsi və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə TRT-nin baş direktoru İbrahim Şahin Bakıda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) xüsusi mükafatı olan "Media ulduzu" ilə təltif edilib.
TRT-nin baş direktoru Azərbaycanda mükafatlandırıldı

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Xocalı faciəsi və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə TRT-nin baş direktoru İbrahim Şahin Bakıda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) xüsusi mükafatı olan "Media ulduzu" ilə təltif edilib.

AJQA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mükafat İbrahim Şahinə Bakıda assosiasiyanın təşkilatçılığı ilə keçirilən "Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu" adlı "dəyirmi masa"da təqdim olunub.

AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, TRT-nin reytinq qazanmış proqramlarında Qarabağ məsələsi və Azərbaycan tarixi tez-tez işıqlandırılır, Azərbaycan mədəniyyəti təbliğ olunur.

"Bütün bunlar qardaşlığımıza və dostluğumuza xidmət edən fəaliyyətdir", - Yusifova əlavə edib.

Qeyd edək ki, "dəyirmi masa"da TRT-nin baş direktoru İbrahim Şahinlə yanaşı, baş direktorun müavini Zeynel Koç, xarici əlaqələr şöbəsinin müdiri Ayşen Diker, Anadolu Universitetinin rektoru Davud Aydın və Azərbaycanın aparıcı media qurumlarının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti