...

Türkiyə "Black Hawk" tipli helikopterlər istehsal edəcək

Cəmiyyət Materials 7 May 2013 12:07 (UTC +04:00)
Türkiyə daha əvvəl ABŞ-da buraxılan "Sikorsky UH-60 Black Hawk" çoxhədəfli helokopterin silsilə istehsalına başlamaq niyyətindədir. Bu barədə Trend çərşənbə axşamı "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Türkiyə "Black Hawk" tipli helikopterlər istehsal edəcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyə daha əvvəl ABŞ-da buraxılan "Sikorsky UH-60 Black Hawk" çoxhədəfli helokopterin silsilə istehsalına başlamaq niyyətindədir. Bu barədə Trend çərşənbə axşamı "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, helikopterin istehsalı "Türk Havacılık ve Uzay Endüstrileri" (TAI) aerokosmik sənaye şirkəti tərəfindən həyata keçiriləcək. İstehsalata nəzarəti isə Türkiyə Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Katibliyi aparacaq.

Türkiyədə "Black Hawk" helikopterlərinin istehsalı proqramı 2011-ci ildən hazırlanıb. Helikopterin istehsal büdcəsi 3,5 milyard dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti