Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova cümə günü Trend-ə bildirib ki, mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində də mayın 11-də hava əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.