...

“Sağlam gələcək naminə fiziki aktiv ol” layihəsi davam edir

Cəmiyyət Materials 10 May 2013 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may / Trend /

Bakı məktəblərində "Gənclərin inkişafı" İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Səhiyyə nazirlikləri, İctimai Səhiyyə və İslahat Mərkəzinin dəstəyi (İSİM) və Coca-Cola Fondunun tərəfdaşlığı ilə təşkil etdiyi "Sağlam gələcək naminə fiziki aktiv ol" layihəsinin məlumatlandırıcı seminarları davam edir. 2013-cü il aprelin 8-də başlamış layihədə Heydər Əliyev adına lisey, Nərimanov rayonunun 177 saylı, Xətai rayonunun 27 saylı, Nizami rayonunun 210 saylı və Nəsimi rayonunun 23 saylı məktəbləri iştirak edir.

Layihə aprelin 6-da baş tutmuş Ümumdünya Fiziki Aktivlik Festivalının idman yarışlarının qalibi olan 177 saylı məktəbdə start götürüb. Aksiyada məktəblərin müəllim və şagird heyəti, həmçinin, valideynlər iştirak edib. İştirakçılara sertifikatlar və fiziki fəalliq mövzusunda tədris materialları təqdim olunub.

Daha sonra İSİM təlimatçılarından ibarət heyət məktəblərdə fiziki aktivlik və onun əhəmiyyətinə həsr edilmiş treninqlər keçiriblər. Dinləyicilər sağlam həyat tərzi, fiziki aktivliyə sistemli şəkildə yanaşma və planlaşdırmağın vacibliyi, sağlam qidalanmağın üç əsas prinsipi, suyun faydası və zərərli vərdişlərin ziyanı haqqında məlumat alıblar. Aldıqları bilikləri genişləndirmək məqsədilə, ayrıca hər bir yaş kateqoriyası üçün fiziki aktivliklə bağlı oyunlar keçirilib, ən fəal iştirakçılara hədiyyələr təqdim edilib. Keçirilmiş məşğələləri təkrar etmək üçün məktəblilər arasında sorğular aparılır. Təlim zamanı şagirdlərə maarifləndirici bukletlər, təqvimlər, bloknot və plakatlar paylanılıb.

"Coca-Cola" şirkətinin layihəni dəstəkləməsi kampaniyanın ümumi strategiyasının tərkib hissəsidir. Başlıca məqsədlərdən biri əhali arasında sağlam həyat tərzinin inkişafı və təbliğidir.

Layihə 5 000 məktəbli və valideyni, 400 müəllim və digər məktəb əməkdaşlarını əhatə edib. Maarifləndirici kampaniyada iştirak etmiş hər bir məktəb fəallığı ilə seçilib. Tədbir iştirakçıları gələcəkdə də bu cür kampaniyaların keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 milyard dollar olan brendlər - Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply®, Georgia® и Del Valle daxildir. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, soklar, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sisteminin yaradılması sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsi, təbii resursların qorunması və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Tərəfdaşlarımızla birgə biz, 700 000-dən çox əməkdaşlarımızla, dünya üzrə 10 ən aparıcı şirkətlər sırasına daxiliq. Coca-Cola şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin www.thecoca-colacompany.com İnternet səhifəsini ziyarət edə bilərsiniz-.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti