...

Yaxın iki gündə Azərbaycan ərazisində hava yağışlı olacaq, bəzi yerlərə dolu düşəcək

Cəmiyyət Materials 16 May 2013 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gündə Azərbaycan ərazisində yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında mayın 18-də dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, havanın arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 17-22 dərəcə olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacaq, arabir yağış yağacaq.Yağışın bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 18-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam şimşək çaxacaq, yağış leysan xarakterli olacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə, dağlarda gecə 9-4, gündüz 11-16 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti