...

Azərbaycanda zəlzələlərin proqnozlaşdırılmasına kömək edən stansiyalarından biri Türkiyə ilə qarşılıqlı şəkildə istifadə oluna bilər

Cəmiyyət Materials 16 May 2013 15:42 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiya Türkiyə ilə qarşılıqlı şəkildə istifadə oluna bilər.
Azərbaycanda zəlzələlərin proqnozlaşdırılmasına kömək edən stansiyalarından biri Türkiyə ilə qarşılıqlı şəkildə istifadə oluna bilər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiya Türkiyə ilə qarşılıqlı şəkildə istifadə oluna bilər. Bunu Trend-ə İnstitutun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, həmin stansiya Türkiyə ilə sərhəd ərazidə yerləşdirilib. Buna görə də stansiya Türkiyənin böyük bir ərazisində baş verən anomal seysmik prosesləri yüksək etibarlılıqla qeyd edir.

Əliyev deyib ki, mayın 28-də Makedoniyanın Skopye şəhərində dünyadakı anomal seysmik proseslər üzrə böyük konfrans keçiriləcək. Azərbaycan nümayəndələri bu tədirdə iştirak etdikdən sonra Türkiyəyə gedəcəklər. Orada tərəflər arasında birgə eksperimentlərin aparılması üçün protokolun imzalanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti