...

Renault Captur – yeni şəhər krossoveri

Cəmiyyət Materials 16 May 2013 16:14 (UTC +04:00)
Captur – Renault-un yeni şəhər krossoveridir. Yeni modelin səlis xətləri onun orijinal proporsiyalarını ifadə edir. İri disklər, kəskin şəkildə əyilmiş ön şüşə, yüksək klirens və təkərarası məsafə, eyni zamanda, unikal universal, offroud və xetçbek təəsüratı yaradır.
Renault Captur – yeni şəhər krossoveri

Azərbaycan, Bakı, 16 may /Trend/

Captur - Renault-un yeni şəhər krossoveridir. Yeni modelin səlis xətləri onun orijinal proporsiyalarını ifadə edir. İri disklər, kəskin şəkildə əyilmiş ön şüşə, yüksək klirens və təkərarası məsafə, eyni zamanda, unikal universal, offroud və xetçbek təəsüratı yaradır.

Renault Captur üçün, həmçinin genişləndirilmiş şəxsləndirmə proqramı təklif olunur. Rəngarəng qrafik tərtibat, ikirəngli kuzov kombinasiyası, disklərin rəngi, salonun aydın və tünd şəkildə hazırlanması müştərilərin ən müxtəlif zövq və arzularını təmin edir.

Yığcam ölçülərə baxmayaraq, (model yeni Clio-dan cüzi uzundur), Renault Captur-un salonu çox genişdir. Yerindən tərpədilə biləcək arxa divan sərnişin və yük üçün yeri ideal şəkildə tarazlaşdırır. Baqaj bölümünün maksimal tutumu 455 l-dir (yük yerinin qapağınadək).

Sərnişinlər üçün nəzərdə tutulmuş iki özünəməxsus amil Captur-un istifadəçilərə qarşı əsl qayğıkeşliyini təcəssüm edir: həcmi 11 l-lik böyük, sürücü üçün rahat əlçatan siyirtmə "bardaçok" və oturacaqlar üçün çıxarılıb-taxıla bilən çexollar, hansıları ki, yuyub yerinə qaytarmaq mümkündür.

Alətlər panelinə quraşdırılmış Renault R-Link multimediya sistemi tam yeni kommunikasiya imkanları təklif edir. O cümlədən, daim genişlənən xüsusi avtomobil tətbiqlər dəsti hesabına.

Sürücü yerinin hündürlükdə olması, bir tərəfdən komfort, digər tərəfdən yol boyu inam hissi yaradır. Avtomobilin passiv təhlükəsizlik elementləri və əyləc sistemi haqqında eyni sözləri demək olar. Captur-un rahat hərəkətini, yeni Clio-da istifadə edilən B platforması təmin edir.

Mükəmməl hərəkət dinamikası və yanacaq qənaətçiliyi Captur-un bütün turbo mühərrik sırasına xasdır. Avtomobil Energy TCe 90 (üç silindirli, həcmi cəmi 898 kub sm) və yaxud TCe 120 EDC (dörd silindirli, həcmi 1198 kub sm) benzin mühərrikləri ilə təchiz edilir. İkinci yalnız ən yüksək səviyyəli idarəetməni təmin edən, ikiqat EDC "muftalı" transmissiya ilə birgə təklif olunur. Model üçün nəzərdə tutulmuş Energy dCi 90 dizel mühərriki isə 100 km-lik yola cəmi 3,6 l yanacaq sərf edir, CO2 tullantısı 95 q/km* bərabərdir - bu Captur sinifli avtomobillər üçün ən aşağı, rekord göstəricidir. Bu modifikasiya gələcəkdə EDC tipli transmissiya ilə təchuz olunacaq.

Renault Captur şirkətin İspaniyanın Valyadolid şəhərində yerləşən müəssisəsində buraxılır. Burada ətraf mühitə zərərli təsirin azaldılmasına xüsusi diqqət yetirilir. Captur modelinin istehsalında istifadə edilən 16% plastik kütlə yenidən işlənmiş, emal edilmiş materiallardan ibarətdir. Nəzərə çarpmasada - bu son dərəcə mühüm nailiyyətdir.

"Captur-da Renault-un yığcam avtomobillər seqmentinə qarşı yaradcı yanaşmasının əsil mahiyyəti əks olunub. Bu model bütün layihə qruplarında xüsussi həvəs yaradıb. Yeni krossoverin simasında Renault bu həvəslə müştəriləri ilə bölüşmək arzusundadır", - Renault şirkətinin A/B seqmenti üzrə proqramlarının vitse-prezidenti Əli Kassayi deyib.

Renault Captur modelinin Avropada satışlarına 2013-cü ilin aprelində start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti