Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna 2013-cü ildə qrantların maliyyələşdirilməsi üçün təqribən 6,5 milyon manat ayrılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Fondun icraçı direktoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, hazırda Fondun maliyyələşdirilməsinin ümumi həcmi təqribən 25 milyon manat, Prezidentin ehtiyat fondundan ayrılan maliyyələşdirmə isə 3 milyon manat təşkil edir.
Vəsaitlər mərhələli şəkildə bölünür və avadanlığın əldə edilməsinə, əməkhaqqına, ezamiyyətə, kompüter avadanlığının alınmasına və s. xərclənir.
"Elm haqqında" yeni qanunun müzakirəsinə toxunan Babayev qeyd edib ki, bu, Azərbaycanda elmin gələcək inkişafına yardım edəcək.
Onun sözlərinə görə, Fond qanuna əlavə və dəyişikliklər edilməsi barədə təkliflərini təqdim edib.