...

Milli Olimpiya Komitəsi və "Coca-Cola" "Fəal ailəm, sağlam aləm" proqramı ətrafında səylərini birləşdirirlər

Cəmiyyət Materials 21 May 2013 15:46 (UTC +04:00)
Bu gün "Azərbaycan Coca-Cola Bottlers" LTD və "Coca-Cola" şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində "Fəal ailəm, sağlam aləm" kampaniyasına start verilib.
Milli Olimpiya Komitəsi və "Coca-Cola" "Fəal ailəm, sağlam aləm" proqramı ətrafında səylərini birləşdirirlər

Azərbaycan, Bakı, 21 may /Trend/

Bu gün "Azərbaycan Coca-Cola Bottlers" LTD və "Coca-Cola" şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində "Fəal ailəm, sağlam aləm" kampaniyasına start verilib. Layihə maraqlı və təhlükəsiz idman oyunları vasitəsilə uşaqlar və onların valideynlərini idmana cəlb etməklə dəstəyə yönəlib. Kampaniya çərçivəsində Azərbaycanda sağlam həyat tərzini təbliğ edəcək Milli Olimpiya Səfirləri komandası yaradılacaq.

Proqramın həyata keçirilmə zamanı, ailələri fəal və sağlam həyat tərzinə sövq edən həvəsləndirici sistem yaradılacaq. Bu gün start götürən kampaniyanın çərçivəsində, ümumi olaraq, 50 000 insanın iştirak edəcəyi Açıq Ailə Turniri və ənənəvi Olimpiya qaçış günü keçiriləcək.

"Biz sağlam həyat tərzi haqqında məlumatları genişləndirərək, ailələri idmanla məşğul olmağa cəlb etməliyik", - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. - "Bu əhalimizin rifahı üçün olduqca vacib amildir".

"127 il ərzində biz sərinləşdirici içkilər vasitəsilə dünyanın susuzluğunu yatırırıq. Dünya zaman-zaman dəyişikliyə uğrayarkən, bizim istehlakçılarla münasibətimiz və müsbət nailiyyətlərə meylimiz dəyişməz olaraq qalır", "Coca-Cola" şirkətinin Mərkəzi Asiya və Qafqazda Kommünikasiya və İctimai əlaqələr üzrə meneceri Oleq Piletski deyib. "Bütün ölkələrdə istehlakçılarımız öz rifahların qayğısına necə qaldıqları haqqında bizi məlumatlandırırlar. Həmçinin, bizdə bu qayğı ilə onlarla bölüşürük. Biz açıq şəkildə etiraf edirik ki, biznesimizin firavanlığı istehlakçılarimizin, əməkdaşlarımızın və xidmət etdiyimiz cəmiyyətin səhhəti ilə sıx bağlıdır".

Şirkət olaraq, biz fəaliyyət göstərdiyimiz bütün ölkələrdə sağlam, xoşbəxt və fəal cəmiyyətə dəstək veririk. Dəyişikliklərin möhkəm və davamlı olması üçün, vətəndaş cəmiyyəti və yerli hökümətlərin köməyi bizim üçün çox əhəmiyyətlidir. Və çox məmnunuq ki, bu proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birgə həyata keçiririk".

Olimpiya çempionu Fərid Mənsurov və populyar müğənni Röya Ayxan da sağlam gələcək kampaniyasına, onun rəsmi səfirləri qismində, qatılacaqlar. "Millətin sağlamlığı fəal və sağlam həyat tərzi və idmana cəlb olunmaqdan asılıdır. Çox sevindirici haldır ki, "Coca-Cola" və Milli Olimpiya Komitəsi bu dəyərlərlə bölüşürlər. Mən bütün Azərbaycan xalqına daim fəal, sağlam və xoşbəxt olmaq arzulayıram", - Fərid Mənsurov deyib.

"Coca-Cola" Beynəlxalq Olimpiya Hərəkatının tərəfdaşıdır. Azərbaycanda şirkət, Milli Olimpiya Komitəsini hər il, Olimpiya Qaçış Günü, Olimpiya Oyun Günü kimi tədbirləri keçirməklə, dəstək verir. "Aktiv Ailə, Sağlam Aləm" kampaniyası, şirkətin əsas prioritetlərindən biri olan sağlam həyat tərzinin təbliği, və idmana marağın artırılması məqsədi daşıyan, "Sağlam Həyat Tərzi" proqramının bir hissəsidir.

Proqram hər il, Milli Olimpiya Komitəsi və "Coca-Cola" şirkəti arasında əməkdaşlıq müqaviləsi çərçivəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti