...

Azərbaycanın televiziya kanallarında bədii şuralar yaradılır

Cəmiyyət Materials 21 May 2013 18:06 (UTC +04:00)
Azərbaycanda televiziya kanallarında bədii şuraların yaradılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çərşənbə axşamı jurnalistlərə bildirib.
Azərbaycanın televiziya kanallarında bədii şuralar yaradılır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda televiziya kanallarında bədii şuraların yaradılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq İctimai Televiziya və "Xəzər" televiziyası bədii şuraların yaradılması haqqında MTRŞ-yə məktub təqdim edib.

Şura sədri deyib ki, bədii şuralar radiolarda da yaradılacaq: "Televiziya və radio kanalları olan strukturlarda bu məsələ bir az asandır, yəni hər iki istiqaməti üçün bir bədii şura yaradılır. Ayrıca fəaliyyət göstərən radio kanalları isə bunu özləri formalaşdırmalıdır".

Məhərrəmli həmçinin deyib ki, ədəbi dillə bağlı telekanallarda monitorinqlər keçirilir və bu, iki ay müddətində aparılacaq: "Amma bir ay başa çatandan sonra telekanal rəhbərləri və dilçilərlə müzakirələr aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti