...

Azərbaycan və UNESCO arasında saziş imzalanıb (FOTO)

Cəmiyyət Materials 30 May 2013 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan və UNESCO arasında Qeyri-Maddi Mədəni İrsin Mühafisəzinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasının keçirilməsi barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi UNESCO tərəfindən təşkilatın baş direktoru İrina Bokova, Azərbaycan tərəfindən isə mədəniyyət və turizm nazir Əbulfəs Qarayev imzalayıb.

Qeyd edək ki, komitənin 8-ci sessiyası dekabrda Bakıda keçiriləcək.

İmzalanma mərasimində Qarayev deyib ki, Azərbaycan UNESCO ilə daim yaxından əməkdaşlıq edir və təşkilatın ölkədəki fəaliyyəti Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Eyni zamanda, nazir Azərbaycan mədəni irsinə göstərdiyi diqqətə görə UNESCO rəhbərliyinə təşəkkürünü bildirib.

Qarayev Komitənin 10-cu sessiyasının keçirilməsini Azərbaycana həvalə və etibar etdiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan bu sessiyaya çox ciddi şəkildə hazırlaşacaq və sessiyanın yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Xanım İrina Bokova Komitənin 10-cu sessiyasının keçirilməsinə razılıq verdiyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək və daha da genişlənəcək. Bokova onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Azərbaycana öz dəstəyini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti