...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir il ərzində fəaliyyətini üç yeni istiqamətdə qurub

Cəmiyyət Materials 4 İyun 2013 13:48 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir il ərzində fəaliyyətini üç yeni istiqamətdə qurub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir il ərzində fəaliyyətini üç yeni istiqamətdə qurub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir il ərzində fəaliyyətini üç yeni istiqamətdə qurub.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov quruma sədrlik etdiyi ilin yekunlarını qiymətləndirərkən deyib:

"Ötən il ərzində Komitə göstərilən xətt üzrə dövlətin din sahəsində həyata keçirdiyi tədbirləri icmalara çatdırıb və əsasən üç yeni istiqamətdə fəaliyyətini qurub - maarifləndirmə işinin aparılması, dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində iş, həmçinin din-dövlət münasibətlərinin tənzimlənməsi baxımından operativ şəkildə problemli vəziyyətlərdə müdaxilə etməsi".

O, ötən il din sahəsinə dövlət qayğısının yeni nümunələrinin ortaya çıxdığını qeyd edib: "Bu xüsusən tarixi məscidlərin bərpası, Bakıda Azərbaycanın ən böyük məscidinin tikintisi ilə əlaqədar Cənab Prezidentin verdiyi sərəncamı".

Komitə sədri deyib ki, dini icmaların da fəaliyyətində bəzən problemlər ortaya çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti