...

"Kempinski Badamdar-Baku" Akvapark mövsümünü Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açır

Cəmiyyət Materials 5 İyun 2013 14:12 (UTC +04:00)
"Kempinski Badamdar Baku" yay mövsümünün açılışını Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə eyni vaxta salmışdır.
"Kempinski Badamdar-Baku" Akvapark mövsümünü Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açır

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Kempinski Badamdar Baku" yay mövsümünün açılışını Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə eyni vaxta salmışdır. Həmin gün Akvaparkın balaca qonaqları üçün xüsusi əyləncə proqramı hazırlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü otülin yaydığı məlumatda deyilir.

"Piratların bayramı" - tədbirin təşkilatçıları, "Kempinski Badamdar Baku"nun əməkdaşları proqramı belə adlandırmışıar. Uşaq əyləncələri üçün ayrılmış ərazi tematikaya uyğun olaraq, pirat bayraqları, yelkənlər və digər dəniz simvolikası ilə bəzədilmişdir. Balaca oğlanları və qızları xüsusi olaraq belə tədbirlər üçün nəzərdə tutulmuş Amfiteatrda əyləncəli oyunlar və şou gözləyirdi.

Ən cəsur uşaqlar həmçinin açıq hovuzdakı oyunlardan zövq ala bildilər Akvaparkda balaca uşaqlar üçün kiçik hovuz daxil olmaqla, 3 belə hovuz mövcuddur. Yaşca nisbətən böyük uşaqları və böyükləri isə Akvaparkın təpəcikləri cəlb edirdi.

Bayram ziyafətsiz ötüşmədi: "Milla" şirkəti hər zaman olduğu kimi, balaca qonaqları müxtəlif dondurma çeşidləri ilə sevindirdi. Bundan əlavə, otelin mətbəx komandası baş aşpaz İsmail Alçayın rəhbərliyi altında uşaqların ən sevimli təamlarının daxil olduğu xüsusi menyu hazırladı.

"Ailə hər bir mədəniyyətdə mərkəzi yer tutur və Uşaqların Beynəlxalq Müdafiəsi Günü bizim üçün xüsusi əhəmiyyətə malikdir - otelin baş meneceri Pyer Staçer deyir - Uşaqlar təkcə otelin gələcək qonaqları deyil, həm də gələcəyin istedadlı kadrlarıdır".

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Children's Day) 1949-cu ilin noyabr ayında Qadınların Beynəlxalq Demokratik Federasiyası konqresinin qərarı ilə təsis edilmişdir. Bu tarix ilk dəfə 1950-ci ildə qeyd edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti