...

Elçin Əfəndiyev: Ədəbiyyat İnstitutu ədəbiyyatımızın inkişafı üçün çox səmərəli fəaliyyət göstərmiş elm ocağıdır

Cəmiyyət Materials 12 İyun 2013 12:29 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçin Əfəndiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Elçin Əfəndiyev: Ədəbiyyat İnstitutu ədəbiyyatımızın inkişafı üçün çox səmərəli fəaliyyət göstərmiş elm ocağıdır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Elçin Əfəndiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Trend-in məlumatın görə, tədbirin ideya müəllifi olan Şirindil Alışanlı bildirib ki, Elcin Azərbaycanın ictimai fikrində böyük söz sahibidir. Elçin Əfəndiyev ədəbiyyata 1960-cı illərdə gəlib. O, 60-cı illər nəslinin böyük nümayəndəsidir.

Ş.Alışanlının sözlərinə görə, bu nəsil bizim ədəbiyyatımıza yeni nəfəslər, janrlar, qəhrəmanlar gətirib.

O qeyd edib ki, onun hekayələri, romanları, povestləri, dramaturgiyası bu gün bizim ədəbiyyatımızı dünya ədəbiyyatına tanıdır: "Bu gün bizim ictimai fikrimizdə, tənqidimizdə, teatrımızda Elçinin xətti, əsərləri ilə böyük məktəblər yaradılıb. Artıq Azərbyacanda Hüseyn Cavid, Cəfər Cabbarlı teatrları olduğu kimi, Elçin Əfəndiyev teatrı da formalaşıb. Bu gün müasir Azərbaycan teatrını Elçinin dramaturgiyası olmadan düşünmək çətindir. Elçin böyük hekayə ustası, romanlar müəllifidir. O, bu gün təndiqimizin ən mühüm söz sahibdir".

Elçinin ədəbiyyatşünaslıqda 50 ildən artıq tənqidlə məşğul olduğunu deyən Ş.Alışanlının sözlərinə görə, o, bir çox monoqrafiyaların müəllifidir: "Məmməd Arif, Yaşar Qarayev, Məmməd Cəfər tənqidi kimi bu gün ədəbiyyatımızda Elçin Əfəndiyevin tənqidi də var. Elçin Əfəndiyev əbədi prosesi daima izləyir. O, hadisələri vaxtında dəyərləndirən görkəmli tənqidçidir".

Elçin Əfəndiyev də Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən bu tədbirdə iştirak etməyin onun üçün çox xoş olduğunu bildirib. Onun sözlərinə görə, həyatının gənclik dövrünün ilk 10 ili məhz bu institutla bağlıdır. E.Əfəndiyev bu institutda aspirant, Nəzəriyyə şöbəsində kiçik və böyük elmi işçi işlədiyini söyləyib.

Alim əlavə edib ki, Ədəbiyyat İnstitutu ədəbiyyatımızın inkişafı üçün çox böyük və səmərəli fəaliyyət göstərmiş elm ocağıdır. Bu institutun Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində çox böyük rolu olub: "Bu institutun çox böyük ənənələri var. Böyük ədəbiyyatşünaslar, nəzəriyyəçilər, tənqidçilər burada çalışıblar. Bir sıra tanınmış ədəbiyyatçılar-akademik Məmməd Arif, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, sonrakı dövrün nümayəndələri olan Məsud Əlioğlu, Bəkir Nəbiyev kimi insanlarla birgə çalışmışam. Onların qoyduğu ədəbiyyat ənənələri bu gün institutda davam edir. Bu institut bu gün də ədəbiyyatın inkişafı üçün fədakarcasına fəaliyyət göstərir".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli isə qeyd edib ki, artıq teatrda Elçin dramturgiyası yaradılıb. Onun sözlərinə görə, Elçinin əsərlərinin qəhrəmanlarınn coğrafiyası da fərqlidir. Onun əsərlərinin qəhrəmanları şəhərətrafı, daha çox isə Abşeron mühitində yaşayan insanlardır. Elçinin qəhrəmanlarının fərqliliyi onun yaradıçılığını daha da bənzərsiz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti