...

“Royal Bank”ın sabiq filial müdiri və digər şəxslər barəsində hökm oxunub

Cəmiyyət Materials 12 İyun 2013 13:23 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində “Royal Bank” ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə başa çatıb.
“Royal Bank”ın sabiq filial müdiri və digər şəxslər barəsində hökm oxunub

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində "Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Digər təqsirləndirilən şəxslər Rafuf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.

İttihama görə, "Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti