...

Azərbaycanda "Humana" uşaq çayının satışına qadağa qoyulub

Cəmiyyət Materials 12 İyun 2013 14:04 (UTC +04:00)
Azərbaycanda Almaniya istehsalı olan bəzi "Humana" uşaq qida məhsulları, xüsusilə çayının satışına qadağa qoyulub.
Azərbaycanda "Humana" uşaq çayının satışına qadağa qoyulub

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E. Əliyev/

Azərbaycanda Almaniya istehsalı olan bəzi "Humana" uşaq qida məhsulları, xüsusilə çayının satışına qadağa qoyulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev deyib:

"Uşaq çayının bəzi növlərinə qarşı yoxlamalar zamanı qanun pozuntuları və standartlara uyğunsuzluğu aşkarlanıb. İstehsalçı Sertifikasiya Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib. Aparılan laborator təhlillər melisa, alma qoxulu çaylarında və digərlərində maye göbələklərin normadan artıq olduğunu göstərib, buna görə də məshul sertifikatlaşdırılmayıb. Nəticədə Azərbaycanda bu məhsulların idxalı və satışına qadağa qoyulub".

Onun sözlərinə görə, ölkəyə daxil olan uşaq qida məhsulları üzərində nəzarət davam etdiriləcək.

Babayev əlavə edib ki, belə məhsullar bütün normalara cavab verəcəyi təqdirdə, həmin məhsulların Azərbaycana idxalına icazə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti