...

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 35 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 13 İyun 2013 12:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 35 dərəcəyə yüksələcək.
Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 35 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 35 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 14-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Çənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın bölgələrində iyunun 14-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti