...

Monteneqroya ekskursiyalar

Cəmiyyət Materials 18 İyun 2013 11:15 (UTC +04:00)
Adriatik dəniz sahillərində yerləşən Monteneqro unikal əlverişli coğrafi mövqeyə malik olan bir ölkədir. Monteneqro ərazisində yerləşən Boko Kotorskaya buxtası Cənubi Avropada yüksək dağ silsilələri və unikal mədəni dəyərlər arasında sıxlaşmışdır.
Monteneqroya ekskursiyalar

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Adriatik dəniz sahillərində yerləşən Monteneqro unikal əlverişli coğrafi mövqeyə malik olan bir ölkədir. Monteneqro ərazisində yerləşən Boko Kotorskaya buxtası Cənubi Avropada yüksək dağ silsilələri və unikal mədəni dəyərlər arasında sıxlaşmışdır.

Monteneqroda turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu ölkəyə gələn turistlər üçün hətta dəniz kurizləri də təşkil olunur. Siz dəniz kurizinə getdiyiniz zaman, buradakı 4 buxtanın gözəlliyini görmək imkanı əldə edəcəksiniz. Dəniz kurizləri Monteneqronun Tivat şəhərindən başlayır. Siz burada Vodena Kocija adlı gəmi ilə səyahət edə bilərsiniz. Bu gəmi, 2 mərtəbəli, restoran və bar ilə turistlərə xidmət edir.

Gəmi Monteneqronun Herceg Novi sahilindən üzməyə başlayır və şəhərin ən böyük adası olan Mamula istiqamətində hərəkət edir. Gəmi adaya yaxın bir yerdə fasilə edir və səyahətçilər də bu fasilə zamanı, dənizdə üzmək imkanı əldə edirlər.Bu gəmidə səyahət edən turistlər üçün hər cür şərait yaradılmışdır.Turistlər gəminin göyərtəsində günəşlənib,içki və restoranda ləzzətli təamlar dada bilərlər.

Kotor buxtasına gedən dəniz marşurutu Djenoviçi və Biela kimi kəndlərdən keçir. Veriqe körfəzində üzərkən gəmi Qospa Od Skpela adasinda dayanir, buradakı 17-ci əsrə aid olan abidələr, kilsə və muzeylər ilə turistlər tanış olur. Qospa Od Skpeyela ve Svyatoy Qeorqiy adalari Montenegronun mirvari inciləri sayilirlar, bu adalar öz gözəllikləri ile turistləri valeh edir.

Gəmi Monteneqro ərazisini səyahət etdikdən sonra yenidən Kotor Buxtasına qayıdır.

Əgər siz də bu əsrarəngiz ölkənin gözəlliyinin şahidi olmaq istəyirsinizsə o zaman "Millennium Tourism & Congress DMC "şirkətinə müraciət edə bilərsiniz.

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ1001 Bakı Azərbaycan
*50 50

Tel:012 497 54 00

Mob: 070 221 90 14

Məqalədə:
Xəbər lenti

Xəbər lenti