...

Komitə sədri məcburi köçkün və qaçqın qadınların cəmiyyətə inteqrasiya edilməsini istəyir

Cəmiyyət Materials 19 İyun 2013 15:42 (UTC +04:00)
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların da 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaqdır.
Komitə sədri məcburi köçkün və qaçqın qadınların cəmiyyətə inteqrasiya edilməsini istəyir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

"Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların da 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaqdır. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evini itirməsi, talelərinin qırılması problemi dururdu".

Trend-in məlumatına görə, bunu "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi dövlətin əsas məqsədlərindəndir:

"Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar və s. var. Qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti