...

ABŞ Dövlət Departamenti insan alveri haqqında hesabatı təqdim edib

Cəmiyyət Materials 20 İyun 2013 11:53 (UTC +04:00)
ABŞ Dövlət Departamentində çərşənbə günü keçirilmiş mərasim zamanı Dövlət katibi Con Kerri 2013-cü il üzrə "İnsan Alveri Haqqında Hesabat"ı (İAH) geniş ictimaiyyətə təqdim edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
ABŞ Dövlət Departamenti insan alveri haqqında hesabatı təqdim edib

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir S.Əhmədova /

ABŞ Dövlət Departamentində çərşənbə günü keçirilmiş mərasim zamanı Dövlət katibi Con Kerri 2013-cü il üzrə "İnsan Alveri Haqqında Hesabat"ı (İAH) geniş ictimaiyyətə təqdim edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, "İnsan alveri qurbanlarının müdafiəsi üzrə" Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq İAH bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib.

Məlumatda deyilir ki, "ABŞ-ın Azərbaycandakı missiyası insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən ölkədəki vəziyyətin yaxşılaşdırılaraq "Sıra 2"yə daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edir. Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilmişdir. Hesabatda qeyd edildiyi kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti