...

İçməli su xəttində baş vermiş qəza nəticəsində fərdi yaşayış evlərinin həyətləri də su altında qalıb (FOTO)

Cəmiyyət Materials 25 İyun 2013 15:08 (UTC +04:00)
Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş verib.
İçməli su xəttində  baş vermiş qəza nəticəsində fərdi yaşayış evlərinin həyətləri də su altında qalıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend /

Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş verib.

Trend "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, su sızması 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında bir neçə il öncə qeyri-qanuni inşa edilmiş 23 nömrəli fərdi yaşayış evinin altında baş verib. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin həyətləri də su altında qalıb.

Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra qəza yerinə baxış keçirilib və əraziyə texnika cəlb olunub. Həmin ərazidə fərdi yaşayış evlərinin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, evlərin magistral su xəttinin mühafizə zonasında tikilməsi qəzanın aradan qaldırılmasında müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq gecə saatlarında qəza aradan qaldırılıb.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsi ərazisindən böyük diametri, yüksəktəzyiqli 7 magistral su xətti keçir. 1990-cı illərin ortalarında magistral kəmərlərin keçdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evləri və kommersiya obyektləri tikilib. Bunun nəticəsidir ki, təkcə Binəqədi rayonunun Xocasən, Biləcəri və Rəsulzadə qəsəbələri üzrə magistral kəmərlərin üzərində və mühafizə zolağında 2800-ə qədər fərdi yaşayış evi tikilib.

"Azərsu" ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi və kommersiya obyektlərinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti