Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/
2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyulun 1-dən başlayacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron ərazilərin qəbulu "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla aparılacaq.
Elektron ərizələrin qəbulu iyulun 15-dək aparılacaq.
"Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" iyulun 1-dək "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində yerləşdiriləcək.