...

Azərbaycanda yaxın iki gündə hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 2 İyul 2013 13:17 (UTC +04:00)
Azərbaycan ərazisində yaxın 2-3 günü hava nisbətən sərin keçəcək, qısamüddətli yağış yağacaq və qeyri-sabit keçəcək.
Azərbaycanda yaxın iki gündə hava şəraiti qeyri-sabit keçəcək

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan ərazisində yaxın 2-3 günərzində hava nisbətən sərin keçəcək, qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, küləkli, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir.

Məlumata görə, iyulun 3-ü səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyulun 4-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 3-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli, intensiv olacağı ehtimal olunur. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 4-də də Azərbaycanın rayonlarında əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti