Azərbaycan, Bakı, 3 iyul /Trend/
Azərbaycan ərazisində iyulun 6-na kimi hava sərin keçəcək, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, küləkli, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir.
Məlumata görə, iyulun 4-ü yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 4-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı ehtimal olunur.
Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.