Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir H.Vəliyev/
Sumqayıt elektrik paylayıcı şəbəkənin abonentləri yaxın aylarda elektrik enerjisindən istifadəyə görə abonent ödənişini elektron formada həyata keçirə biləcəklər. Bu barədə Trend-ə cümə günü "GoldenPay" şirkətindən bildiriblər.
Bu şirkət sistemin texniki quruluşu üzrə işləri həyata keçirir.
Sumqayıt enerji operatorunun xidmətlərinin ödənişi elektron formada plastik kartlar vasitəsilə həyata keçiriləcək.