...

Təhsil Nazirliyindən saxta diplomlarla bağlı növbəti açıqlama

Cəmiyyət Materials 5 İyul 2013 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Təhsil Nazirliyi xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması üçün nazirliyə daxil olan sənədlərin sayını açıqlayıb.

Trend-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2004-cü il yanvarın 1-dən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, müraciət edənlərdən 799 nəgərin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədəuyğun hesab edilməyib.

Nazirlik saxta diplomların daha çox hansı ölkələrin ali təhsil müəssisələrinin adından verildiyini də açıqlayıb.

Belə ki, nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib.

Saxta diplomların, əsasən, MDB ölkələrindən əldə edilməsi aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti