...

Həftənin ilk iş günü havanın temperaturu 39 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 7 İyul 2013 17:00 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək.
Həftənin ilk iş günü havanın temperaturu 39 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, havanın temperaturunun gecə 20-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 17-23°, gündüz 31-36° isti olacağı, bəzi yerlərdə 39°-yə yüksələcəyi gözlənilir. Dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti