...

İçərişəhərdə ikimərtəbəli ev uçularaq dağılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 İyul 2013 13:10 (UTC +04:00)
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Belə ki, həmin ev uzun müddət qəzalı vəziyyətdə olub. Buna görə də evin sakinləri əvvəlcədən oradan köçülüblər.
İçərişəhərdə ikimərtəbəli ev uçularaq dağılıb (ƏLAVƏ OLUNUB)

"İçərişəhər" Qoruğunun məlumatı əlavə olunub (ilk xəbər saat 11:37-də yayılıb)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbirlər İ.İzzət, M.Əliyev/

Bakıda İçərişəhərdə ikimərtəbəli ev uçularaq dağılıb.

Trend xəbər verir ki, iyulun 20-də gecə saatlarında İçərişəhərdə ikimərtəbəli ev uçaraq dağılıb.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Belə ki, həmin ev uzun müddət qəzalı vəziyyətdə olub. Buna görə də evin sakinləri əvvəlcədən oradan köçülüblər.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, İçərişəhərdə İlyas Əfəndiyev, 18 ünvanında dağılan ikimərtəbəli binanın sakinləri dərhal köçürülüblər və müvəqqəti yaşayış yeri ilə təmin olunublar.

Qəzalı binaların növbəti monitorinqi zamanı İlyas Əfəndiyev, 18 ünvanında yerləşən ikimərtəbəli binanın divarlarında çatların genişlənməsi aşkarlanıb.

Qeyd edək ki, iyulun 20-də 03:00 radələrində sözügedən binanın divarlarında çökmə baş verib və binanın bir hissəsi yararsız vəziyyətə gəlib. Qoruq İdarəsi tərəfindən insanların əvvəlcədən təşkil olunmuş köçürülməsi nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb.

Hazırda yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Məlumatda həmçinin qeyd olunur ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən Qoruq ərazisində mövcud olan qəzalı binaların vəziyyətinin daim monitorinqi keçirilir. Belə binaların sakinləri ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda müvafiq tədbirlər görməyə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti