...

Gəncə yol polisinin keçirdiyi reydlər zamanı maraqlı məqamlar yaşanıb

Cəmiyyət Materials 22 İyul 2013 14:23 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə yol polisi həftəsonu istirahət zonalarında rahat və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə reydləri davam etdirib.
Gəncə yol polisinin keçirdiyi reydlər zamanı maraqlı məqamlar yaşanıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

İstirahət günləri yol polisi Gəncədə reydləri davam etdirib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə yol polisi həftəsonu istirahət zonalarında rahat və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə reydləri davam etdirib.

İki gün ərzində Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən 30 sərxoş sürücü aşkarlanıb. Yol hərəkəti qaydalarını pozan 187 sürücüyə isə inzibati protokol yazılıb.

Hacıkənd qəsəbəsində keçirilən reydlər bəzi məqamlarla diqqəti çəkib. Ağır dərəcəli sərxoş olan bəzi sürücülər yol polisinin "saxla" işarəsinə məhəl qoymayıblar. Lakin onlar çox da uzağa qaça bilməyiblər.

Bəzi sərxoş sürücülər isə həkimin rəyi ilə razılaşmayıblar. Onlar açıq-aşkar sərxoş olsalar da, bunu inkar etməyə çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti