...

Azərbaycanda üç nəfərin ölümündə təqsirli bilinən sürücüyə hökm oxundu

Cəmiyyət Materials 29 İyul 2013 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Rusiya Federasiyasının Novosibirsk vilayətində anadan olmuş 1986-cı il təvəllüdlü Ramil Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramil Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ramil Quliyev 4 iyul 2012-ci il tarixdə, saat 00:30-da idarə etdiyi "KamAZ-5410" markalı yük avtomobili ilə Mingəçevir şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 198-ci kilometrində, Kürdəmir rayonunun ərazisində Əli Cabbarovun Qazax istiqamətində idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Nəticədə Əli Cabbarov, onun avtomobilində olan sərnişinlər Fuad Cəfərov və Abbas Cəfərov hadisə yerində ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti