...

İqtisadi inkişaf naziri vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 13 Avqust 2013 17:02 (UTC +04:00)
Avqustun 23-də iqtisadi inkişaf naziri Şahin Mustafayev İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.
İqtisadi inkişaf naziri vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Avqustun 23-də iqtisadi inkişaf naziri Şahin Mustafayev İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaq. Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti