...

Misirdə türkiyəli jurnalistin həbs müddəti uzadılıb

Cəmiyyət Materials 20 Avqust 2013 15:19 (UTC +04:00)
Misirdə həbsdə olan “TRT” telekanalının jurnalisti Metin Turanın həbs müddəti daha 15 gün uzadılıb.
Misirdə türkiyəli jurnalistin həbs müddəti uzadılıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A. Tağıyeva/

Misirdə həbsdə olan "TRT" telekanalının jurnalisti Metin Turanın həbs müddəti daha 15 gün uzadılıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.

Telekanal məlumat verir ki, Türkiyənin Misirdəki səfirliyi artıq bu qərarla bağlı öz etirazını bildirib.

Xatırladaq ki, avqustun 17-də iki türkiyəli jurnalist Misirin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Sonra onlardan biri azadlığa buraxılıb. "TRT" telekanalının jurnalisti Metin Turan hələ də həbsxanada saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti