...

Müdafiə Nazirliyinə etiraz edən valideynlərə müraciət ünvanlandı

Cəmiyyət Materials 4 Sentyabr 2013 12:38 (UTC +04:00)
Müdafiə Nazirliyinə etiraz edən valideynlərə müraciət ünvanlandı
Müdafiə Nazirliyinə etiraz edən valideynlərə müraciət ünvanlandı

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi etiraz edən valideynlərə müraciət ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir ki, dünən "Zabitlər evi"nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil. Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz:

"Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul TQDK tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər. Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edirik".

Qeyd edək ki, bəzi KİV-lərdə valideynlərin etiraz etdiyi və nazir müavini general-leytenant Çingiz Məmmədovun xidməti avtomobilinin qarşısını kəsdiyi barədə məlumat yayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti