Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A. Tağıyeva/
Türkiyənin keçmiş prezidenti Turqut Özalın öldürülməsinin təşkilində ittiham edilən sabiq general Levent Ersözün məhkəməsi dekabrın 9-na təxirə salınıb.
Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, Ersöz dövlət çevrilişi cəhdində ittiham edilən "Ergenekon" cinayəti işi üzrə artıq 22 il və 6 ay həbs cəzasına məhkum edilib.