...

Bu il Azərbaycanda I sinfə gedəcək uşaqların çoxu oğlan olacaq

Cəmiyyət Materials 13 Sentyabr 2013 14:14 (UTC +04:00)
Bu il I sinfə gedəcək uşaqların çoxu oğlan olacaq.
Bu il Azərbaycanda I sinfə gedəcək uşaqların çoxu oğlan olacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il I sinfə gedəcək uşaqların çoxu oğlan olacaq. Trend Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinə istinadən bildirir ki, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.

2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. Xatırladaq ki, 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olmuşdur ki, onlardan da 73182-si oğlan, 62359 nəfəri qızdır.
Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.
Ötən illərdən fərqli olaraq bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu rayon (şəhər) təhsil şöbələri həyata keçirirlər.

"Təhsil haqqında" qanuna əsasən, məktəbə qəbul 6 yaşdan başlanır. Lakin valideynlərin arzusu ilə dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə fərqlənən uşaqlar da Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Təhsil nazirinin 17 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl l sinfə qəbulu Qaydaları"na əsasən, vaxtından əvvəl l sinfə qəbul hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti