...

“Royal” yağları “Supersun”un uğurunu təkrarladı

Cəmiyyət Materials 13 Sentyabr 2013 15:07 (UTC +04:00)
Bu günə kimi Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, 31 avqust 7 sentyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində və 6 sentyabrda Rumuniyanın Kluj Napoka şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak etmişdir. Komandamız yarışlarda “Azərsun Holdinq”in istehsalı olan “Royal omega 3” qarğıdalı yağı ilə təmsil olunub.
“Royal” yağları “Supersun”un uğurunu təkrarladı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Bu günə kimi Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, 31 avqust 7 sentyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində və 6 sentyabrda Rumuniyanın Kluj Napoka şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak etmişdir. Komandamız yarışlarda "Azərsun Holdinq"in istehsalı olan "Royal omega 3" qarğıdalı yağı ilə təmsil olunub.

Çempionatın nəticələrinə həsr olunmuş mətbuat konfransında çıxış edən Tahir Əmiraslanov qazanılan nailiyyətdə istifadə etdikləri məhsulların da mühüm rolu olduğunu bildirdi. Bildirdi ki, bu dəfə komandamız məhz "Royal" və "Super Sun"yağlarına üstünlük verib. Bu da bu yağların xüsusiyyətləri ilə bağlıdır. Belə ki, "Royal Omega 3" ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir. Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda əvəzolunmazdır.

Komanda, festivaldan qızıl və gümüş medallar qazanaraq yüksək nəticələr əldə edib. Xatırladaq ki, yalnız 2013-cü il ərzində Azərbaycan Milli Kulinariya Komandası Rusiya və Türkiyədə keçirilmiş müxtəlif beynəlxalq kulinariya yarışlarında iştirak etmiş, orada yeməklərin hazırlanmasında "Azərsun Holdinq"in Super Sun yağlarından istifadə etmiş və hər bir səfərdən qələbə ilə geri dönmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti