...

Sevincli, unudulmaz məktəb illəri (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2013 09:46 (UTC +04:00)
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub.
Sevincli, unudulmaz məktəb illəri (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.

Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub.

Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.

Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti