...

Azərbaycanda informasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi üzrə layihəyə start verilib

Cəmiyyət Materials 19 Sentyabr 2013 13:56 (UTC +04:00)
Azərbaycanda “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsinə start verilib.
Azərbaycanda informasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi üzrə layihəyə start verilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsinə start verilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi region gənclərinin İKT sahəsində düzgün istiqamətdə maarifləndirilməsi və gənc nəslin beynəlxalq təcrübəsinin düzgün tətbiq edərək ondan effektiv bəhrələnmə işinin aparılmasıdır.

Bu sahədə peşəkar olan insanların regionlarda gənclərlə görüşünün keçirilməsini və onlara İKT-dən beynəlxalq təcrübəyə əsaslanaraq səmərəli maarifləndirmə işinin aparılmasını nəzərdə tutan layihənin müəllifi DAGB üzvü Əlimərdan Sultanovdur. Layihənin Azərbaycanın üç regionunda - Lənkəran, Ağstafa və Şəkidə həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti