...

Bakıda Avropa Milli Kitabxanalar Konfransının iclası keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2013 12:43 (UTC +04:00)
Azәrbaycan Milli Kitabxanasının 90 illiyi ilә bağlı III Bakı Beynәlxalq Kitab Sәrgi-Yarmarkası 23-25 sentyabrda keçirilәcәk.
Bakıda Avropa Milli Kitabxanalar Konfransının iclası keçiriləcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azәrbaycan Milli Kitabxanasının 90 illiyi ilә bağlı III Bakı Beynәlxalq Kitab Sәrgi-Yarmarkası 23-25 sentyabrda keçirilәcәk.

Trend xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yarmarka ilə bağlı mətbuat konfransında buildirib ki, ilk dәfә olaraq sәrgi açıq havada tәşkiı olunacaq. Sәrgi stendlәri tәmәnnasız olaraq verilәcәk.

Nazirin sözlərinə görə, sərgi-yarmarkada 100-dən çox yerli, eləcə də 25 ölkәdәn 40 çap-poliqrafiya tәşkilatı iştirak edir. Bu müxtәliflik o qәdәr zәngin olacaq ki, tədbirin davam etdiyi 3 gün böyük maraqla keçәcәk.

Nazir qeyd edib ki, bu günlәrdə yarmarka çәrçivәsindә Bakıda Azәrbaycan Milli Kitabxanasının 90 illiyi qeyd olunacaq, Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclası keçiriləcək. Konfransda 50-yә qәdәr milli kitabxana rәhbәri iştirak edəcək: "Bu iclas ikii ldәn bir keçirilir. Konfransda, hәmçinin Avrasiya Kitabxanalar Assambleyasının Әmәkdaşlıq Tәşkilatının XV ümumi iclasının rәhbәrlәri dә iştirak edәcәklər. Tədbirə Asiyadan 15 kitabxana rәhbәri qatılacaq. Beynәlxalq kitab yarmarkası ümummilli lider Heydər Әliyevin 90 illik yubileyinә hәsr olunub. Azərbaycan son illәr fәal şәkildә dünya kitabxana sәrgilərindә iştirak edir, orada böyük mükafatlara layiq görülür."

Kitabların müasir texnologiyalara uygunlaşdırılması üçün sәrginin xüsusi saytı - bakubookfair.com açılıb. Əbülbəs Qarayev deyib ki, bu sayt gәlәcәkdә işlәk olaraq kitab dünyasının aynası olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti