...

Azərbaycan və Səudiyyə Ərəbistanı seysmoloqları Bakıda birgə əməkdaşlıq yollarını müzakirə ediblər

Cəmiyyət Materials 24 Sentyabr 2013 15:33 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanının seysmoloqları Bakıda birgə əməkdaşlıq yollarını müzakirə ediblər.
Azərbaycan və Səudiyyə Ərəbistanı seysmoloqları Bakıda birgə əməkdaşlıq yollarını müzakirə ediblər

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Səudiyyə Ərəbistanının seysmoloqları Bakıda birgə əməkdaşlıq yollarını müzakirə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının "Saudi ARAMCO" şirkətinin Seysmologiya bölməsinin rəhbəri doktor Cvetan Sinadinovski və şirkətin geofiziki Armando Sena Mərkəzdə olublar. RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşən qonaqlar Azərbaycanda seysmologiyanın inkişaf etdiyini, RSXM-in Monitorinq Mərkəzində görülən işləri yüksək qiymətləndiriblər.

Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.

Görüş zamanı tərəflər, həmçinin birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanında doktorantura təhsili almasına dair məsələlər müzakirə edilib.

Azərbaycan seysmoloqlarının işi ilə yaxından tanış olduqlarını bildirən qonaqlar ölkəmizin bu sahədə dünyanın bir çox ölkələrini qabaqladığını deyiblər.

Azərbaycan seysmoloqlarının ABŞ, Yaponiya və dünyanın digər aparıcı ölkələrindən olan həmkarları ilə yaxından əməkdaşlıq etdiyini bildirən RSXM-in baş direktoru Q.Yetirmişli Səudiyyə Ərəbistanı seysmoloqları ilə də əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti