...

Türkiyə aviyasıya sektorunu gücləndirəcək

Cəmiyyət Materials 2 Oktyabr 2013 11:50 (UTC +04:00)
Türkiyə Aviyasiya Təşkilatı: Türkiyə aviyasıya sektorunu gücləndirəcək
Türkiyə aviyasıya sektorunu gücləndirəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Türkiyə Aviyasiya Təşkilatının (THK) rəhbəri Osman Yıldırım 2014-ci ildə sınaq uçuşlarına başlamağı planlaşdırdıqlarını və ikinəfərlik təyyarələrlə Türkiyənin aviasiya sektorunu canlandırmaq istəyində olduqlarını bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, təşkilat ikinəfərlik təyyarələrdən illik olaraq 500 ədəd istehsal etməyi planlaşdırır. İstehsal ediləcək təyyarələrin satış qiyməti açıqlanmasa da, Osman Yıldırım təyyarələrin orta lyuks avtomobil qiymətinə əldə edilə biləcəyini qeyd edib.

Yıldırım onu da qeyd edib ki, THK yüngül dizaynlı idman təyyarələrinin də istehsalının layihəsini gündəmdə saxlayır.

Onun sözlərinə görə, bu il oktyabrın sonuna qədər Ankarada tikilən yüngül təyyarələrin istehsalını nəzərdə tutan zavodun tikintisi başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti