...

Azərbaycanda hansı dövlət qurumlarında korrupsiya halları daha çoxdur?

Cəmiyyət Materials 3 Oktyabr 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda korrupsiya faktları bütün sahələri əhatə edir və bunların sırasında əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərenerji", "Azərqaz", həmçinin özəl sektora aiddir. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev idarədə vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş zamanı bildirib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti