Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir S.Əhmədova /
Oktyabrın 22-25-də Litvanın Kaunas şəhərində I Şərq Tərəfdaşlığı Gənclər Forumu keçirilir.
Trend-in məlumatına görə, bu barədə Litvanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinin rəsmi internet saytında bildirilir.
Məlumatda qeyd olunur ki, forumda çoxlu sayda gənc liderlər, gənclər təşkilatlarının əməkdaşları və Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramının və Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan nümayəndələr iştirak edirlər.
Sözügedən forumun müzakirə mövzuları informal təhsil, onun demokratiyanın təşviqində töhvəsi və digər məsələlərdir.
Beynəlxalq Gənclər Əməkdaşlıq Agentliyinin rəhbəri Liliya Gerasimiene qeyd edib ki, I Şərq Tərəfdaşlığı Gənclər Forumu Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın təşviqinə çalışır.
Onun sözlərinə görə, bu forumda müxtəlif ölkələrdən olan gənc nümayəndələr informal təhsilin Aİ-də əhəmiyyətini və onun digər ölkələrdə də inkişafını müzakirə edəcəklər.