...

Azərbaycanda vəzifələrini düzgün icra etməyən axund və imamlar cəzalandırıla bilərlər

Cəmiyyət Materials 30 Oktyabr 2013 13:05 (UTC +04:00)
Azərbaycanın bəzi məscidlərində axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır.
Azərbaycanda vəzifələrini düzgün icra etməyən axund və imamlar cəzalandırıla bilərlər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın bəzi məscidlərində axund və ya imam moizə oxumaq üçün öz əvəzinə ya qardaşını, ya dostunu, ya da hansısa yaxınını minbərə çıxarır. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı ilə əlaqədar keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

G.İsmayılov əlavə edib ki, Azərbaycanda bəzi məscidlərdə həmin məscidə, dinə aidiyyəti olmayan şəxslər ənənəvi günlərdə çıxıb moizə oxuyub, dini çağırışlar edib qərarlar verirlər və bu da narahatlıq yaradır.

G.İsmayılov bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bu cür halların qarşısını almalıdır və Məhərrəm ayı müddətində məscidlərdə bu kimi hallara son qoyulacağına ümidvardır.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə öz növbəsində bildirib ki, bu cür hallarla bağlı dəfələrlə xəbərdarlıqlar edilib.

QMİ sədrinin sözlərinə görə, elə məscidlər var ki, orada axund və ya imam ona etibar edilən vəzifəni icra etmir, başqa iş dalınca gedib öz vəzifəsini təsadüfi adamlara tapşırır: "Mən bir dəfə demişəm və bu dəfə də son olaraq həmin axund və imamlara xəbərdarlıq edirəm ki, buna son qoysunlar. Onlar cəzalandırılacaqlar. Əgər hansısa axund və ya imam öz vəzifəsini icra edə bilmirsə, hər şeydən əvvəl ərizəsini yazıb işdən çıxsın və öz yerinə başqasını təyin etməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti