Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanın dağlıq ərazilərinə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Hava əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 2-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.