...

ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib

Cəmiyyət Materials 8 Noyabr 2013 11:15 (UTC +04:00)
Mayami (ABŞ, Florida ştatı) Sahil Mühafizəsinin yeddinci rayonunun komandanı, kontr-admiral C.X.Korn batan şəxsi xilas etməyə kömək göstərdiyi üçün "Sah Dəniz" tankerinin kapitanı Aleksey Pçelintsevə ("Palmali" şirkətləri qrupu) təşəkkür edib.
ABŞ-ın sahil mühafizəsi batan şəxsi xilas etdiyi üçün Azərbaycan tankerinin ekipajına təşəkkür edib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

Mayami (ABŞ, Florida ştatı) Sahil Mühafizəsinin yeddinci rayonunun komandanı, kontr-admiral C.X.Korn batan şəxsi xilas etməyə kömək göstərdiyi üçün "Sah Dəniz" tankerinin kapitanı Aleksey Pçelintsevə ("Palmali" şirkətləri qrupu) təşəkkür edib. Trend-in məlumatına görə, bu barədə "Palmali" şirkətləri qrupunun yaydığı xəbərdə deyilir.

Məlumata görə, 2013-cü il iyunun 24-də Mayami Sahil Mühafizəsinin Xilasetmə Koordinasiya Mərkəzi (XKM) Ket-Keydən (Baham adaları) 11 mil qərbə doğru məsafədə "Moon Shadow" yelkənli gəmisinin bortundan insanın dənizə düşməsi haqqında xəbər alır. "Sah Dəniz" tankerinin kapitanı kömək haqqında xahişə operativ reaksiya verir və gəminin kursunu dərhal dəyişdirir. Tankerin ekipajı uğurla suya düşən insanı xilas edir. Sonra həmin şəxs Mayami Sahil Mühafizəsinin katerinə təhvil verilir.

Mayami Sahil Mühafizəsinin təşəkkür məktubunda qeyd edilib ki, "Sah Dəniz" tankerinin ekipajı və şəxsən gəminin kapitanı tərəfindən reallaşdırılan humanist aksiya peşəkar dənizçilərin və dəniz cəmiyyətinin ən yaxşı ənənələri ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti