Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/
YUNİSEF-in Nyu Yorkdakı baş qərargahında Proqram bölməsi direktorunun müavini Kristian Salazar Volkman İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə nazirlərinin 4-cü konfransında iştirak etmək üçün Bakıya gələcək.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Salazar Volkman noyabrın 11-12-də Bakıda keçiriləcək konfransda təşkilatı təmsil edəcək.
S. Volkman uşaq müdafiəsi, təhsil və HİV-AİDS kimi texniki şöbələrə nəzarət edir. O, həssas kontekstlərdə humanitar fəaliyyət və proqramlaşdırmanın YUNİSEF-in qlobal texniki dəstəyi ilə təmin edilməsinə rəhbərlik edir. Bakıya səfəri zamanı Salazar Volkman, həmçinin YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə yüksək səviyyəli görüşlər keçirəcək. Eyni zamanda o, ən çox risk-qrupuna aid olan yeniyetmələr və HİV ilə bağlı YUNİSEF-in gördüyü işlərlə tanış olmaq üçün Şirvan şəhərinə səfər edəcək.