...

İstintaq təcridxanasına şampunun içərisində dərman keçirmək cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 12 Noyabr 2013 10:18 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
İstintaq təcridxanasına şampunun içərisində dərman keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend-in Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata görə, 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1992-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhəmməd Cümşüd oğlu Muradzadəyə dayısı Zahir Əvəz oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilərkən üzərində "Şolders" yazılmış şampun qabının içərisindən şəffaf sellofana bükülərək gizlədilmiş 6 (altı) ədəd yaşıl rəngli dərman həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti