...

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası "dəyirmi masa" keçirib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2013 12:03 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası yaradılmasının 21 illiyi ərəfəsindədir.
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası "dəyirmi masa" keçirib (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Ulu öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası yaradılmasının 21 illiyi ərəfəsindədir. Bu məqsədlə YAP Gəncə şəhər Təşkilatında geniş tədbirlər planı hazırlanıb və plana uyğun olaraq, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində, ali və orta ixtisas təhsil məktəblərində tədbirlər keçirilir.

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının təşkil etdiyi "dəyirmi masa" da bu əlamətdar tarixi hadisəyə həsr olunub. Tədbirdə Qadınlar Şurası idarə heyətinin üzvləri və partiyanın fəal qadınları iştirak ediblər. Tədbiri YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə açaraq, partiyanın şərəfli mübarizə tarixindən, ümumilli lider Heydər Əliyevin doğma xalqına misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətinə xüsusi önəm verilməsindən söhbət açıb.

İdarə heyətinin üzvlərindən Gülsüm Quliyeva, Gülçin Mirzəyeva, Təranə Hüseynova, İntizar Qafarova, Zemfira Ağayeva və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə yüksəlməsindən, bu partiya sıralarında qazandıqları uğurlardan, qadınların həmişə cəmiyyətdə aparıcı qüvvə olduqlarından və qarşıda duran vəzifələrdən danışıb, maraqlı təkliflər irəli sürüblər. Müzakirələrdən sonra Azərbaycanın istedadlı qadın şairi, ilk şahmatçı qadın, musiqiçi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar qızlardan ibarət şahmat yarışının, ədəbi-bədii gecənin təşkil olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti