...

Şəmsəddin Hacıyev: Müəllimlərin əməkhaqlarının artırılması məsələsini qaldırmaq düzgün deyil

Cəmiyyət Materials 14 Noyabr 2013 14:12 (UTC +04:00)
Bu gün müəllimlərin əmək haqlarının artırılması məsələsinin qaldırılması o qədər də düzgün deyil.
Şəmsəddin Hacıyev: Müəllimlərin əməkhaqlarının artırılması məsələsini qaldırmaq düzgün deyil

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Bu gün müəllimlərin əmək haqlarının artırılması məsələsinin qaldırılması o qədər də düzgün deyil. Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkillərinin müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı irəli sürdüyü təkliflərə münasibət bildirən komitə sədrinin sözərinə görə, bu gün təhsilə və elmə ayrılan vəsait həmin sahələrin inkişafı üçün tamamilə yetərlidir: "Söhbət ayrılan vəsaitlərin tam səmərəli istifadə olunmasından gedir. Bu gün Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra biz müəlimlərin əməkhaqlarının artırılması ilə bağlı planlı addımlar ata bilərik. Amma bu gün müəllimlərin əməkhaqlarının artırılması məsələsinin qaldırılması o qədər də düzgün deyil. Çünki bunun üçün lazım olan vəsait də yoxdur. Məsələn, bu gün yalnız əməkhaqlarının 10 faiz artırılması 300 milyon əlavə vəsaitin cəlb olunması deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti